Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:45 / 25 Noyabr 2024

Kim Çenin dəhşətli silahı: istehsalı artırıldı - Nə baş verir?

683
Şimali Koreya qısa mənzilli raketlər istehsal edən əsas silah zavodunun işini genişləndirir. Xüsusilə, onlar rusların Ukraynaya atəş açmaq üçün istifadə etdiiyi “Hwasong-11” raketlərini istehsal edirlər.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters Amerika tədqiqat mərkəzinin peyk şəkillərinə istinadən bildirib.

Qeyd olunur ki, söhbət KXDR-in ikinci böyük şəhəri olan Hamhunq şəhərindəki “11 Fevral zavodu”ndan gedir. Ceyms Martin Silahların Yayılmaması Tədqiqatları Mərkəzinin (CNS) tədqiqatçısı Sam Leyr bildirib ki, bu, Hwasong-11 sinifli ballistik raketlər (Qərbdə KN-23 kimi tanıniR) istehsal edən yeganə zavoddur.

Zavodda işin genişləndirilməsi barədə əvvəllər məlumat verilməyib. Planet Labs tərəfindən çəkilmiş peyk şəkilləri göstərir ki, orada əlavə montaj binası və ehtimal ki, işçilər üçün nəzərdə tutulmuş yaşayış yerləri tikilir. Pxenyan, ehtimal ki, kompleksin bəzi yeraltı obyektlərinə girişləri yaxşılaşdırır.

"Biz bunu onların bu zavodun məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdıqlarına və ya artırmağa çalışdıqlarına dair bir ehtimal kimi görürük", - Leyr deyib.

Xatırladaq ki, yanvar ayında Ağ Ev KXDR-in Rusiyaya ballistik raketlər və onlar üçün buraxılış qurğuları verməyə başladığını bəyan etmişdi. Rusiya onlardan artıq Ukrayna şəhərlərinə, xüsusən də Kiyev vilayətinə qarşı istifadə edib.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi Şimali Koreyanın KN-23 və KN-24 ballistik raketlərinin xarici komponentlərini nümayiş etdirib. Kəşfiyyat əməkdaşları sanksiyaların izlənilməsi mexanizmini gücləndirməyə çağırıblar.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar