Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti iddia edir ki, Şimali Koreya təhlükəsizlik xidmətləri Kim Çen İnın ictimai fəallığının artması səbəbindən onun təhlükəsizliyini gücləndirib.
Bakupost.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Çərşənbə axşamı parlamentin kəşfiyyat komitəsinin dinləmələri keçirilib və Cənubi Koreyalı deputatlar onların məzmunu barədə danışıblar.
“Bu il Şimali Koreya lideri Kim Çen İnın ictimai fəaliyyəti keçən illə müqayisədə təxminən 60% artıb. O, 110 tədbirdə iştirak edib. Bununla əlaqədar olaraq, Kim Çen İnə sui-qəsd cəhdi ilə bağlı riskləri dərk edərək, onlar təhlükəsizliyi gücləndirir, dronları və rabitə vasitələrini aşkar edən avadanlıq tətbiq etməyə çalışırlar", - deyə Cənubi Koreya kəşfiyyatı bildirib.
Oktyabrın 23-də Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb ki, Xalq Respublikasının lideri Kim Çen İn strateji raketlərin yerləşdiyi bazalara baxış keçirib.
Zaur, BakuPost