Ru
13:34 / 10 Mart 2025

Kino Agentliyinin baş direktoru: "Ayrılan bütün pullar təyinatı üzrə xərclənib"

Kino Agentliyinin baş direktoru: "Ayrılan bütün pullar təyinatı üzrə xərclənib"
Eye

"Ayrılan bütün pullar təyinatı üzrə xərclənib. Bizim qurumlar arasında heç bir konflikt yoxdur. Yaxın günlərdə "44", "Borc" və "Doğma torpaq" filmlərini ekranlarda görəcəksiniz".

Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı sualına cavab verərkən deyib.

Qeyd edək ki, Əli İsa Cabbarov panel müzakirədə kino sahəsinə ayrılan pulların hesabda qalmasından şikayətlənərək, bu barədə ictimaiyyətə məlumat verilməməsindən gileylənib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar