Ru
12:22 / 29 Aprel 2025

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka? - VİDEO

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka? - VİDEO
Eye

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və kirayə yolu ilə təqdim olunan mənzillər daxildir.

Bəs vətəndaşlar üçün hansı seçim daha sərfəlidir?

Bakupost.az İTV-yə istinadən xəbər verir ki, satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi evlər arasından seçilir. Bu mənzillər yalnız müəyyən edilmiş ərazilərdə və binalarda təqdim olunur. Mənzili əldə etmək üçün vətəndaşlar 12 aylıq kirayə haqqını əvvəlcədən ödəməlidirlər.

İpoteka ilə bağlı isə üç seçim mövcuddur: güzəştli, adi və kommersiya ipotekası.

İpoteka yolu ilə mənzil almaq istəyən vətəndaş isə ölkənin istənilən yerindən çıxarışı olan mənzili seçə bilər.

Amma burada tələb olunan ilkin ödəniş mənzilin dəyərinin təxminən 25-30%-i həcmində olur.

Ətraflı süjetdə:

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar