Müğənni Filipp Kirkorov öz Telegram kanalında atası Bedrosun ölümü ilə bağlı məlumat verib.
Bakupost.az xəbər verir ki, ölümün səbəbi məlum deyil. Kirkorov insanları sevdikləri ilə keçirdikləri hər anı dəyərləndirməyə çağırıb.
“Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il saat 15:37-də atam - Rusiyanın xalq artisti Bedros Kirkorov dünyasını dəyişdi. Amma sən heç vaxt ürəyimdən getməyəcəksən”, - deyə sənətçi bildirib.
2024-cü il sentyabrın sonunda Filip Kirkorov səhhətinin pisləşməsi ilə əlaqədar atasının evdə olduğunu deyib. Müğənni etiraf edib ki, 92 yaşlı Kirkorov halsız olsa da, xəstəxanadan evə buraxılıb.
Mash Telegram kanalı Bedros Kirkorovun 2024-cü il dekabrın 20-də alternativ tibb üsulları ilə müalicə aldığı üçün ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyini bildirib.
Zaur,BakuPost