Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:02 / 18 Oktyabr 2024

"Kişi müəllimlərin sayı artırılmalıdır" - Ekspert

791
“Sovet dönəmində məktəblərdə kişi müəllimlərin sayı çox deyildi. Ancaq onların sayı indiki qədər azlıq təşkil etmirdi. Bu gün məktəblərdə ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır. Məktəb direktorlarının da çoxu qadındır. Kişi direktorların sayı barmaqla sayılacaq dərəcədə azdır”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, məktəblərdə kişi müəllimlərin kifayət sayda olması çox vacib şərtdir. Hətta bəzi fənlər məhz kişi müəllimlər tərəfindən tədris olunmalıdır:

“Hərbi hazırlıq dərslərini məktəblərdə mütləq şəkildə kişi müəllimlər keçməlidir. Şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məhsuliyyətli, bir sözlə əsil vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini belə qadınlar keçir. Belə olan halda burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olur. Qarşılıqlı ünsiyyətdə onların özünə məxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görür. Bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalanları nəzərə alaraq, mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə ehtiyac var”.

Sevinc,
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar