Baku TV-nin "Qapqara" verilişinin buraxılışında tibb elmləri namizədi Rəşid Mahmudov maraqlı açıqlama verib.
O, bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir:
"Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür".