Ru
16:28 / 11 Oktyabr 2024

KİV: Hizbullah kəşfiyyatının rəhbəri kritik vəziyyətdədir - VİDEO

KİV: Hizbullah kəşfiyyatının rəhbəri kritik vəziyyətdədir - VİDEO
2637

"Hizbullah" təşkilatının kəşfiyyat xidmətinin rəhbəri Vafiq Səfa cümə axşamı İsrailin Beyrutun mərkəzinə hava hücumu nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Sky News Arabia məlumat yayıb.

Telekanalın istinad etdiyi tibbi mənbələrə görə, xüsusi xidmət rəisi “ağır yaralanıb və vəziyyəti kritikdir”.

Səfa sentyabrın 27-də öldürülən "Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullaha yaxın şəxslərdən olub. O, Livan daxilində və xaricində mühüm vasitəçilik missiyaları həyata keçirib. 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi Səfanı silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddiası ilə qara siyahıya salıb.

Oktyabrın 10-da “Al Mayadeen” telekanalı şiə təşkilatındakı mənbəyə istinadən xəbər verib ki, kəşfiyyat xidmətinin rəhbəri İsrailin hücumu zamanı sağ qalıb. Telekanal bildirib ki, “Vafiq Səfanı öldürmək cəhdi uğursuz oldu, o, qaçdı”.

TASS müxbirinin verdiyi məlumata görə, xilasedicilər İsrailin hava hücumundan sonra bir neçə binanın dağıldığı Ras-en-Nabaa və En-Nueiri məhəllələrində dağıntıların təmizlənməsini davam etdirirlər. Sakinlər yaşayış üçün təhlükəli olan evlərdən təxliyyə edilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 22 nəfər aviazərbələrin qurbanı olub, 117 nəfər yaralanıb. Sentyabrın 30-dan bəri bu, İsrailin "Hizbullah" hədəflərinə şəhər daxilində baş tutan üçüncü hava hücumudur.

Zaur, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar