Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:30 / 22 Oktyabr 2024

KİV: "Hizbullah" Netanyahunun yataq otağını vurub - DETALLAR+FOTO

605
Oktyabrın 19-da İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahına şiə "Hizbullah" təşkilatı tərəfindən buraxılan pilotsuz təyyarə onun yataq otağının pəncərəsini zədələyib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Yayımçının dərc etdiyi foto və video görüntülərdə binanın pəncərəsinə birbaşa zərbənin izləri görünür. Telekanal qeyd edir ki, zərər ümumilikdə cüzi olub. "Kan"ın versiyasına görə, bu, Netanyahunun iqamətgahındakı pəncərələrin zirehli olması ilə əlaqədar ola bilər. Hərbi senzura bu hadisə ilə bağlı məlumatların dərcinə qoyulan qadağanı aradan qaldırdıqdan sonra materiallar ictimaiyyətə açıqlanıb.

"Kan" həmçinin qeyd edir ki, "Hizbullah" tərəfindən oktyabrın 19-da buraxılan hər üç pilotsuz təyyarə Netanyahunun Təl-Əviv və Hayfa arasında yerləşən dənizkənarı Qeysəriyyə qəsəbəsindəki evini hədəf alıb. Bundan əvvəl İsrail ordusu daha iki pilotsuz təyyarənin ələ keçirildiyini bildirmişdi.

Çərşənbə günü səhər saatlarında "Hizbullah" Netanyahunun evinə hücuma görə "tam və müstəsna məsuliyyəti" öz üzərinə götürüb. Təşkilatın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif əlavə edib ki, İsrailin baş nazirinə qarşı sui-qəsd cəhdi uğursuz olsa da, "Hizbullah" bununla kifayətlənməyəcək.

Zaur, BakuPost

KİV: "Hizbullah" Netanyahunun yataq otağını vurub - DETALLAR+FOTO
KİV: "Hizbullah" Netanyahunun yataq otağını vurub - DETALLAR+FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar