Ru
10:32 / 02 Oktyabr 2024

KİV: Pezeşkiana İsrailə hücum barədə məlumat verilməyib

KİV: Pezeşkiana İsrailə hücum barədə məlumat verilməyib
1525

İddialara görə, İran prezidenti Məsud Pezeşkiana oktyabrın 1-i axşam saatlarında İsrailə raket zərbələri endirməsi barədə məlumat verilməyib.

Bakupost.az xəbər verir ki, bu barədə "New York Tyams"ın köşə yazarı Tomas Fridman mənbələrə istinadən məlumat verib.

Onların məlumatına görə, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri təşkil edib. Eyni zamanda, mənbələr iddia edirlər ki, giya Pezeşkiana “hücum başlamazdan əvvəl məlumat verilməyib”. Fridman fikrincə, bu, İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarından xəbər verə bilər.

Bundan əvvəl Pezeşkian İsrailə raket hücumunu "milli maraqların yəhudi dövlətinin təcavüzkar hərəkətlərindən müdafiəsi" adlandırıb.

İsrailin Baş Qərargahı “zamanı seçəcəyini” və hücuma cavab verməklə təəccübləndirəcəyini vəd edib. İranın ali lideri Ayətullah Əli Xamenei isə ivrit dilində İsrailə hücumların daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar