Ru
11:23 / 10 Oktyabr 2022

Ruslar Kiyevi vurdu: 8 ölü, 24 yaralı - Yenilənib

Ruslar Kiyevi vurdu: 8 ölü, 24 yaralı -  Yenilənib
Eye

Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.


Bakupost.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.


Artıq ölkənin hər yerində hava həyəcanı siqnalı verilib.


***

10:27


Kiyevin mərkəzində bir neçə partlayış olub.



Bakupost.az Tsn.ua-ya istinadən xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Şevçenko rayonunda ardıcıl bir neçə partlayış olub.


Şəhər meri Vitali Kliçko bütün dövlət xidmətlərinin ərazidə çalışdığını, detalların açıqlanacağını deyib. Hadisə şahidləri yollarda avtomobillərin yandığını bildirib.


Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu deyib.


***


***

10:04



Kiyev şəhərinin mərkəzində 3 böyük partlayış olub.



Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, səhər saatlarından Hava Hücumundan Müdafiə siqnalı verilib və partlayış səsləri eşidilib.


Şəhər meri Vitali Kliçko hadisəni təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar