Ukraynanın paytaxtı Kiyevdə mitinq keçirilib.
Bakupost.az xəbər verir ki, Maydanda baş tutan aksiyada iştirak edənlərin əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir.
Etirazçılar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb ediblər.
Onlar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.