Ru
21:45 / 10 Mart 2025

Kiyevə hərbi yardımının bərpası Ciddə görüşündən asılıdır - Rubio

Kiyevə hərbi yardımının bərpası Ciddə görüşündən asılıdır - Rubio
Eye

Vaşinqtonunn Kiyevə hərbi yardımının bərpası daha çox ABŞ və Ukrayna nümayəndə heyətlərinin martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşünün nəticələrindən asılı olacaq.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

"Düşünürəm ki, biz yardım məsələsini mənim ümid etdiyim kimi, bütövlükdə həll edə biləcəyik. Aydındır ki, bunun əsas komponenti sabah baş verəcək hadisə olacaq", - ABŞ xarici siyasət idarəsinin rəhbəri krallığa gedərkən təyyarənin göyərtəsində jurnalistlərə deyib. Rubionun sözlərini The Daily Telegraph nəşri sitat gətirib.

Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının martın 11-də baş tutacağı gözlənilir. ABŞ tərəfdən görüşdə Rubio, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcək. Ukrayna nümayəndə heyətinə Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Syqiba və müdafiə naziri Rustem Umerov daxil olacaq.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar