Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:25 / 18 Dekabr 2024

Klinikaların akkreditasiyası ilə bağlı Mərkəz yaradıldı

739
“Tibb müəssisələrinin akkreditasiyası ilə bağlı noyabr ayında müvafiq mərkəz yaradılıb, artıq ştat formalaşdırılır, bu istiqamətdə müvafiq işlər görülür”.

Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirinin panel müzakirəsində deyib.

O bildirib ki, təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişdirilməsi gündəmdə idi və artıq bu layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunub: “Layihənin təkmilləşdirilməsindən sonra 2025-ci ildə tibb müəssisələrinin yeni qaydalarla akkreditasiyası mərkəzi fəaliyyətə başlayacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar