“Klon” serialının ulduzu Covanna Antonelli böyümüş əkiz qızları ilə nadir fotosunu sosial şəbəkədə paylaşıb.
Bakupost.az xəbər verir ki, aktrisa 14 yaşlı Antoniya və Sofiyanı bərbərə aparıb və qızların yeni saç düzümlərini göstərib.
Antonellinin qızlarının atası rejissor Leonardo Nogueiradır. Onlar 2009-cu ildə çəkilişlərdə tanış olublar, lakin hələ də münasibətlərini rəsmiləşdirməyiblər.
Covanna Antonellinin həmçinin “Klon” serialındakı həmkarı Murilo Benisiodan bir oğlu da var. Pietro adlı oğlan 2005-ci ildə doğulub və onun doğulmasından qısa müddət sonra cütlük ayrılıb.Bu barədə pərəstişkarlarına açıq şəkildə danışan aktyorlar birlikdə uşaq böyüdəcəklərini qeyd ediblər. Sənətçilər vaxtaşırı görüşür və yumoristik videolarda rol alırlar. Onların sözlərinə görə, bir-birlərinə hörmətlə yanaşırlar və bir yerdə olduqları zaman diskomfort hiss etmirlər.
Lalə Novruz, BakuPost