Hakim "Gürcü arzusu” partiyasının lideri, baş nazir İrakli Kobazidze Avropa İttifaqı (Aİ) ölkələrinin Gürcüstandakı səfirlərini və Aİ-nin Gürcüstandakı nümayəndə heyətinin rəhbəri Pavel Qerçinskini hədələyib.
Bakupost.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Kobaxidze diplomatın bugünkü bəyanatından qıcıqlanıb.
Baş nazir diplomatı dezinformasiya və yalan yaymaqda, ölkənin daxili işlərinə qarışmaqda ittiham edib:
“Biz bu cür hallara diplomatik reaksiya verməməyə çalışdıq, lakin hər şeyin bir həddi var, əgər davranışda dəyişiklik görməsək, gələcəkdə həm Aİ səfiri, həm də digər ölkələrlə bağlı bu cür faktlara mütləq cavab verəcəyik. Söhbət diplomatik reaksiyadan gedir”, - deyə Kobaxidze brifinqdə bildirib.
Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Pavel Gierczynski dünənki etiraz aksiyası və polisin güc tətbiqi ilə bağlı aşağıdakı bəyanatı verib:
"İlk növbədə gürcü xalqına demək istəyirəm: Aİ sizin tərəfinizdədir. Biz sizin qəzəbinizi və ümidsizliyinizi tam başa düşürük. Başa düşürük ki, Aİ-yə üzvlük gürcülərin böyük əksəriyyətinin arzusudur”.
Səfir deyib ki, Aİ dinc nümayişçilərə qarşı güc tətbiqini pisləyir.
Xatırladaq ki, Gürcüstan hökuməti Avropa İttifaqı ilə danışıqların dayandırıldığ barədə qərar qəbul edib.