Ru
16:58 / 04 Dekabr 2024

Kobaxidze Aİ tərəfdarlarını debata çağırdı

Kobaxidze Aİ tərəfdarlarını debata çağırdı
Eye


Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabr bəyanatına qarşı çıxanlarla açıq debatlar keçirməyi təklif edib.

Bakupost.az gürcüi KİV-ə istinadən məlumat verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə birlikdə ictimai yayıma açıq müzakirələr üçün efir ayrılmasını istəyib.

Keçmiş siyasətçilər Mixeil Canelidze və Tinatin Xidaşeli bu cür ictimai müzakirələrdə iştirak etməkdə maraqlı olduqlarını artıq bildiriblər.

Birinci Kanal (İctimai Yayım) bu axşam saat 22:00-da debatlar təşkil etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Mixail Canelidze Gürcüstanın keçmiş xarici işlər naziri, Tinatin Xidaşeli isə keçmiş müdafiə naziridir.

Qeyd edək ki, Gürcüstan hökuməti noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək dayandırmaq barədə bəyanat verib.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar