Ru
17:39 / 08 Noyabr 2024

Kobaxidze: Gürcüstanda təkrar seçkilər keçirilməyəcək

Kobaxidze: Gürcüstanda təkrar seçkilər keçirilməyəcək
Eye

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədəki parlament seçkilərində pozuntuların olması ilə bağlı ittihamlarını rədd edib və təkrar seçkilərin olmayacağını bildirib.

Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident Salome Zurabişvili və saxtakarlıq faktlarını açıq şəkildə bəyan edən müxalifət liderləri prokurorluqla əməkdaşlıqdan imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər.

"Tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrinə yekun vuracaq. Bundan sonra parlamentin ilk iclası keçiriləcək və hökumət üzvləri təsdiqlənəcək. Müxalifətdən seçilmiş deputatların parlamentin işində iştiraklarına gəldikdə, baş nazir bildirib ki, bu, onların öz işidir.

Qeyd edək ki, Gürcüstan MSK-nın məlumatına görə, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar