Ru
15:49 / 04 Aprel 2025

Kolbasadan dəmir parçası çıxması iddasına "SAB"dan CAVAB

Kolbasadan dəmir parçası çıxması iddasına "SAB"dan CAVAB
Eye

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "SAB" şirkətinin kolbasasından dəmir parçası çıxdığı haqda iddialar və müvafiq fotolar yayılıb.

Məsələ ilə bağlı "SAB" şirkəti ilə əlaqə saxladıq. Şirkətin hüquq şöbəsinin rəhbəri Mədinə Leqayeva Bakupost.az -a açıqlamasında bildirdi ki, bu, şirkətə qarşı planlaşdırılmış qara piar kampaniyasıdır:

"Aprelin 4-də saat 12 radələrində “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Xoşbəxt Qadınlar Klubu” adlı qrupda naməlum şəxs tərəfindən şirkətimizin istehsalı olan “Səyyah” kolbasa məhsulu ilə bağlı əsassız və təxribat xarakterli paylaşım edilib. Paylaşımda məhsulun tərkibindən guya yad cismin – dəmir parçasının çıxması iddia olunub və bu barədə bəzi fotoşəkillər əlavə edilib.

Bildiririk ki, kolbasa məhsulunun istehsal texnologiyası belə bir halın yaranmasını mümkünsüz edir. Belə ki, kolbasa istehsalı zamanı ət və ədviyyatlar birlikdə qarışdırılaraq farş halına salınır, daha sonra isə bu qarışıq xüsusi qlaflara doldurulur. Bu prosesdə kütlənin içində böyük ölçülü bir dəmir parçasının qalması texnoloji baxımdan mümkünsüzdür".

Mədinə Leqayeva bildirir ki, hazırda məsələ araşdırılır və paylaşımı edən şəxslə əlaqə yaratmaq üçün tədbirlər görülür:

"Həmin şəxsin kimliyini gizlətməsi və əməkdaşlarımıza cavab verməməsi bu hadisənin şirkətimizin bazardakı nüfuzuna xələl gətirmək məqsədi daşıyan qəsdən təşkil olunmuş kampaniya ola biləcəyini düşünməyə əsas verir. Son dövrlərdə “SAB” brendinə olan alıcı marağının artması rəqib şirkətlərin qərəzli yanaşmasına səbəb ola bilər.

Qeyd olunan məhsulun istehsal tarixi müəyyənləşdirildiyi halda, həmin partiyadan olan məhsulların laborator analizlərinin aparılmasına və nəticələrin ictimaiyyətə açıqlanmasına tam hazırıq. Şirkətimiz daim şəffaflıq prinsipinə sadiqdir və istehlakçılara açıq qapı günləri vasitəsilə istehsal prosesini izləmək imkanı yaratmaqda davam edir.

"SAB" brendi altında fəaliyyət göstərən “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətində iş saatları həftənin beş günü, saat 09:00-dan 18:00-dək müəyyən edilib. İstehsal prosesi ilə bağlı sual və ya şübhəsi olan istehlakçılar əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt müəssisəyə gələrək istehsal prosesi ilə birbaşa tanış ola bilərlər".

Lalə,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar