Bu il 9 direktor və 8 direktor müavini işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, cari ildə 30-a yaxın orta ixtisas təhsili müəssisəsində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı kolleclərdə tədris prosesinin təşkilində, eləcə də idarəetmədə müəyyən edilən nöqsanlar nəticəsində bir sıra kolleclərin rəhbər şəxsləri barədə müvafiq intizam tənbeh tədbirləri görülüb, 9 direktor və 8 direktor müavini ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib.