Bakıda qadın intihara cəhd edib.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, F. Xoyslki küçəsində qeydə alınıb.
Sökülməkdə olan binanın sakini Ülkər Abbasova kompensasiya ödənişi və əlavə istəkləri ilə bağlı dama çıxaraq intihara cəhd edib.
Əraziyə FHN və polis əməkdaşları gəlib.
FHN və polis əməkdaşlarının qadınla apardığı profilaktiki söhbət nəticəsində qadın damdan düşürülüb. Onun izahatı alınıb.
Qeyd edək ki, həmin qadınla tikinti şirkəti arasında yaranan anlaşılmazlığa görə binanın söküntüsü dayandırılıb.