Demokratik Konqo Respublikasının (əvvəlki Zair) şəhəri Qoma şəhərində həbsxananın yandırılmasından sonra yüzlərlə qadın zorlanıb və diri-diri yandırılıb. Bu vəhşilik, Ruandadan dəstək alan M23 üsyançıları tərəfindən Konqonun şərqindəki bir şəhərin ələ keçirilməsindn sonra yaranan xaos nəticəsində arasında minlərlə kişinin həbsxanadan qaçmasından sonra baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə The Guardian məlumat verib.
“Yüzlərlə qadın keçən həftə Ruandadan dəstək alan üsyançı qrupun Konqonun Qoma şəhərinə daxil olması zamanı yaranan xaos şəraitində zorlanıb və diri-diri yandırılıb”, - deyə nəşr yazır
BMT-nin yüksək rütbəli rəsmisi bildirib ki, məhbuslar Qomadakı Muntsenze həbsxanasında kütləvi qaçış zamanı hücuma məruz qalıblar.
BMT-nin Qomadakı sülhməramlı qüvvələri rəhbərnin müavini Vivian van de Perre bildirib ki, həbsxanadan bir neçə min kişi qaçmağı bacarsa da, qadınlar üçün ayrılmış sahə yandırılıb.
Bu vəhşilik Konqo Demokratik Respublikasının şərqində son vaxtlar M23 üsyançı alyansının iştirakı ilə yaranan münaqişə zamanı baş vermiş ən dəhşətli hadisədir. Bununla belə, M23 üsyançıları tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən BMT sülhməramlıları həbsxanaya daxil olaraq əlavə araşdırma apara bilməyib və nəticədə cinayətkarların kimliyi qeyri-müəyyən olaraq qalır.
Lalə, BakuPost