Ru
17:14 / 21 Sentyabr 2024

Konstitusiya Məhkəməsi seçkinin nəticəsini təsdiqlədi - YENİLƏNİB

1497
Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib.

Fərhad Abdullayev bildirib ki, məhkəmənin 18 həlledici səs hüquqlu üzvlərinin hər biri qərarı imzalayıb.

Sədr qeyd edib ki, MSK-nın yekun protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğundur.

15.09

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar iclası başlayıb.

Bakupost.az xəbər verir ki, iclasda növbədənkənar parlament seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim parlament seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, MSK sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar