Koreya Respublikasının polisi prezident administrasiyası və Müdafiə Nazirliyinin binasının yerləşdiyi Yonsan rayonunda gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Qeyd olunur ki, Yonsan bölgəsindəki hökumət kompleksinin qarşısında parlament binası qarşısındakı kortəbii etirazla müqayisə oluna biləcək böyük nümayişlər olmayıb. Parlament binasından prezident administrasiyasına, o cümlədən ənənəvi olaraq piketlərin keçirildiyi hərbi muzey və hökumət kompleksi arasındakı yol açıqdər.
Yüzlərlə Cənubi Koreya vətəndaşının parlament kompleksi qarşısına toplaşdığı bildirili.
Zaur, BakuPost