İngiltərədə koronavirusa yoluxmaların sayı artıb.
Bakupost.az xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına görə, 16-22 sentyabr həftəsində xəstəxanaya yerləşdirilmə nisbəti 100 min nəfərə, yəni 3,71-ə yüksəlib (bu nisbət əvvəlki həftədə 2,56 idi). COVID testi müsbət çıxanların nisbəti isə 9,1-dən 11,8 faizə yüksəlib.
Həmçinin xəstəxanaya yerləşdirilmə nisbətlərinin artdığı da vurğulanıb.
Qeyd edək ki, son günlər koronovirusun yeni XEC variantı yayılır.
Bu variant ilk dəfə Almaniyada aşkar edilib və yoluxma İngiltərədə görünməyə başlayıb. Lakin ekspertlər bildirirlər ki, XEC variantı hazırda əvvəlki variantlardan fərqli simptomlar yaratmır və yoluxmanın ciddi artımına səbəb olmur.
Aygün
BakuPost