Ru
19:01 / 18 Dekabr 2024

Kosmosda qalan NASA astronavtlarına bəd xəbər

Kosmosda qalan NASA astronavtlarına bəd xəbər
Eye


NASA-nın kosmosda qalan iki astronavtı - Butç Uilmor və Suni Uilyams missiyalarının bir daha uzadılması reallığı ilə üzləşiblər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, astronavtların payızın əvvəlinə qədər Yerə qayıtması gözlənilmir.

61 yaşlı Butç Uilmore və 58 yaşlı Suni Uilyams iyun ayında Beynəlxalq Kosmos Stansiyasından ayrılmış və yalnız səkkiz gün sonra Yerə qayıtmaları planlaşdırılmışdı. Lakin NASA-nın sentyabr ayında nasaz vəziyyətdə olan "Starliner" kapsulunu boş olaraq Yerə qaytarmaq qərarından sonra onların missiya müddətiuzadılıb.
Sosial mediada vəziyyət geniş müzakirə olunub və astronavtların yaşadıqlarının "işgəncə" olduğuna dair tənqidlər səsləndirilib.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar