Ru
21:50 / 25 Fevral 2025

Kral Çarlzın "Land Rover"i hərraca çıxarıldı

Kral Çarlzın "Land Rover"i hərraca çıxarıldı
706

Böyük Britaniya kralına məxsus nadir "Land Rover" satışa çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazır.

“Maşın "JLR Special Vehicles" şirkəti tərəfindən təqdim edilib və 2010-cu ilin noyabrında Uels Şahzadəsinin o zamankı sürücüsü Tim Uilyamsa ünvanlanmış təsdiq məktubu ilə Highgrove House-a gətirilib . Avtomobilin krala məxsus olduğunu təsdiq edən bir çox sənədlər var, lakin kralın onun yanında çəkilmiş bir dənə də şəkli yoxdur”, - deyə məlumatda bildirilir.

Mənbənin sözlərinə görə, avtomobil 2010-cu ilin noyabrında Highgrove House-dakı kral qarajına gətirilib. Daha sonra avtomobil Qlosterşirdəki iqamətgahda saxlanılıb.

Keswick Green rənginə boyanmış Land Rover martın 22-də Birmingemdə keçiriləcək Iconic-də hərraca çıxarılacaq. Yayımlanan fotoşəkillərdə sürücü oturacaqlarında cüzi aşınma izlərinin olması maşının bir sürücü tərəfindən idarə edilmədiyini göstərir.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar