Ru
11:12 / 14 Noyabr 2024

Kredit almaq asanlaşacaq - Açıqlama

Kredit almaq asanlaşacaq - Açıqlama
Eye

"Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır. Belə olan halda artıq müştərinin banka gəlməsinə ehtiyac qalmayacaq. Məsafədən kreditləşmə ilə bağlı xaricdə təcrübə var. Bu qərardan sonra müştəri üçün kredit almaq asanlaşacaq”.

Bunu Bakupost.az -a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, Mərkəzi Bankın ölkədə məsafədən kreditləşməni tənzimləməsinə səbəb xeyli problemlərin ortaya çıxmasıdır. Burada əsas şərt şəxsin eyniləşdirilməsidir:

“Nəzərə almaq lazımdır ki, son zamanlar tıxac olduğu üçün bir nöqtədən başqa nöqtəyə çatmaq çox da asan deyil. Bu qayda banklar üçün də əlverişli olacaq. Onlar artıq çox işçi saxlamayacaqlar. Lakin tənzimlənmə elə qurulmalıdır ki, sonra problem çıxmasın".

Sevinc, Bakupost

Şərhlər
  • Zarema suleymanova

    Kredit almaq istiyirem

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar