Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:12 / 12 İyul 2024

Kreditlə yüklənən vətəndaşlar - Onları necə xilas etməli?

4294
“Artıq uzun müddətdir ki, istehlak məsullarının kreditlə satılması həyta keçirilir. Bu da vətəndaşlara aldığı məsul üzrə mərhələli, yəni müddətli ödəniş imkanı verir. Sözsüz ki, digər kredit növlərində olduğu kimi, məsulların kreditlə satışı zamanı da vətəndaşın ödəmə qabiliyyətinin öyrənilməsi, xüsusilə də izafi kredit yüklənməsinin qarşısının alınması çox vacibdir. Nəticə etibarilə vətəndaş istər istehlak məsullarını alan zaman, istərsə də digər formada kreditdən istifadə edirsə, bu, artıq onun üçün aylıq ödənişlər deməkdir”.



Bakupost.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, istehlak məsullarının vətəndaşın ödəmə qabiliyyətini nəzərə almaqla kreditlə verilməsi çox vacibdir. Çünki əks halda bu ödəmə qabiliyyətinə təsir göstərə bilər. Hətta problemli kreditin həcmində də dəyişiklik müşahidə oluna bilər:

“Bu sahədə xüsusi qaydaların tətbiqi edilməsi və vətəndaşın ödəmə qabiliyyətini nəzərə almaqla məsulun kreditlə satışının təmin edilməsi çox vacibdir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar