Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:43 / 28 Oktyabr 2024

“Kreml Gürcüstana güzəştə getməyəcək" - Politoloq

689
Hakim “Gürcü arzusu" parlament seçkisində qələbə qazanmasına baxmayaraq, hazırki şərtlər altında Rusiya ilə diplomatik münasibətləri bərpa edə bilməyəcək.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, hakim partiya və onu idarə edən oliqarx Bidzina İvanişvili ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaşasa da, bu ,Gürcüstanın avtomatik olaraq Rusiyaya yaxınlaşması anlamına gəlmir:

"Bu o halda mümkün olardı ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarət edərdi. Rusiyanın isə bu bölgələri Gürcüstana qaytarmaq planı yoxdur. Doğrudur, Gürcüstanda parlament seçkisi öncəsi Bidzina İvanişvili maraqlı gediş etdi, 2008-ci il müharibəsinə görə Cənubi Osetiyadan üzr istədi. İvanişilinin bu gedişinin iki məqsədi var idi. Onun birinci məqsədi bu üzrxahlığı Kremlin müsbət qiymətləndirməsi, o cümlədən Abxaziya və Cənubi Osetiya mövzularında Tbilisi ilə mümkün razılaşma barədə mesaj verməsi idi. Seçkiqabağı bu “Gürcü arzusu” Partiyasının əlini daha da gücləndirərdi. Ancaq Kreml İvanişvilinin əlinin gücləndirilməsi üçün vaxtilə işğal etdiyi ərazilərdən imtina etmək fikrində deyildi. İvanişvilinin ikinci məqsədi 2008-ci il müharibəsinə görə məsuliyyəti bütövlüklə Gürcüstanın keçmiş hakimiyyətinin, indiki müxalifətinin üzərinə yükləmək idi. Hakim Partiyanın seçki kampaniyası elə bunun üzərində qurulmuşdu: “Müxalifət hakimiyyətə gəlsə, yenidən müharibəyə başlayacaq”. Bu təbliğatın müəyyən qədər effekti oldu".


E.Şahinoğlu qeyd eib ki, Rusiyanın rəsmi dairələri Gürcüstanda indiki hakimiyyətin fəaliyyətini davam etdirməsini istəyir:

"Kreml Abxaziya və Cənubi Osetiya məsələlərində geri addım atmasa da, Gürcüstan hökumətinin ABŞ və Avropa İttifaqı ilə getdikcə gərginləşən münasibətlərində maraqlıdır. Gürcüstan parlamentinin qəbul etdiyi iki qanuna görə Qərbin qonşu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar, sadəcə Rusiyanın işinə yarayır".


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar