Ru
13:45 / 29 Yanvar 2025

"Putinə sui-qəsd hazırlığı ilə bağlı sübut varmı?" - Kreml

"Putinə sui-qəsd hazırlığı ilə bağlı sübut varmı?" - Kreml
Eye

Kreml amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlaması ilə bağlı bəyanatını növbəti dəfə şərh edib.

Bakupost.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Karlsonun məlum iddiasına sübut təqdim etmədiyini, belə məlumatlara inanmamağın daha yaxşı olduğunu söyləyib.

“Bilirsiniz, biz Karlson bu barədə danışarkən onun nə demək istədiyini tam başa düşmürük. O, heç bir sübut təqdim etməyib və ona görə də onun dediklərini şərh etmək iqtidarında deyiləm. Çünki nəyin nəzərdə tutulduğu bəlli deyil. İndi elə vaxtdır ki, dəlilsiz, kim olursa olsun, heç kimin sözünə inanmamaq daha yaxşıdır”, deyə Peskov vurğulayıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar