Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də İran lideri Məsud Pəzeşkiyan ilə danışıqlar aparacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən ticarət-investisiya, nəqliyyat-loqistika və humanitar sahələrdə əməkdaşlığın, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsi gözlənilir”, - deyə məlumatda qeyd olunur.
Qeyd olunur ki, danışıqların sonunda Vladimir Putin və Məsud Pəzeşkiyan Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaqlar.
Daha əvvəl Vladimir Putin bildirmişdi ki, Pəzeşkiyanın Moskvaya səfəri zamanı İran və Rusiya arasında “fundamental saziş” imzalana bilər. Ölkələr uzun müddətdir ki, loqistika, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq edir və bu sahələrdə yeni hərtərəfli strateji əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.
Lalə, BakuPost