Ru
15:05 / 25 Fevral 2025

Kremldən Serbiya prezidentinin üzrxahlığına - Reaksiya

Kremldən Serbiya prezidentinin üzrxahlığına - Reaksiya
Eye

"Kreml Serbiya Prezidenti Aleksandr Vuçiçin üzrxahlığını qəbul edib”.

Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Əlbəttə, bu üzrü eşitdik, onu qəbul etdik. Həqiqətən də, texniki səhvlər baş verir və, əlbəttə, dövlət başçısının bu cür operativ reaksiyası tərəfimizdən xoş qarşılanır”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, A.Vuçiç BMT Baş Assambleyasında Serbiya nümayəndə heyətinin Ukrayna ilə bağlı Rusiya əleyhinə olan qətnamənin səhvən lehinə səs verdiyini açıqlamışdı. Bunun ardınca o, baş verən səhvə görə ölkə vətəndaşlarından üzr istəyib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar