ABŞ aprelin 23-də Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Avropa İttifaqı və Ukrayna nümayəndələrinə Krımın Rusiya ərazisi kimi tanınmasını təklif edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bundan əlavə, Vaşinqtonun tərəfdaşlarından nizamlanma çərçivəsində cəbhə xətti boyunca münaqişənin dayandırılmasına razılıq vermələrini tələb edəcəyi gözlənilir.