Krımda Ukraynanın 4 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 22:25-dən 23:10-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Krım Respublikası ərazisi üzərində Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda deyilir.
Fevralın 19-da axşam saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna əsgərləri Kolıxalino kəndində xidməti avtobusa pilotsuz uçuş aparatı ilə hücum ediblər.
Hücum nəticəsində bir nəfər yaralanıb. O, ölümcül xəsarətlər alıb. Digər zərərçəkən isə başından və qolundan yaralarla xəstəxanaya yerləşdirilib.
Gün ərzində Ukrayna Silahlı Qüvvələri Rılskda iki pilotsuz təyyarə ilə elektrik yarımstansiyasına hücum edib, nəticədə elektrik kabeli zədələnib.
Zaur, BakuPost