Ru
11:10 / 06 Yanvar 2025

Kriminal avtoriteti öldürən şəxsin məhkəməsi başladı

Kriminal avtoriteti öldürən şəxsin məhkəməsi başladı
987

Mərdəkanda kriminal avtoritet kimi tanınan "Amin Mərdəkanski"ni tüfənglə qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Sonra məhkəmə baxışının təyin edilməsi ilə bağlı qərar qəbul olunub və ilkin baxış iclası yanvar ayının 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayının 7-də saat 20:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar