Ru
09:34 / 19 Fevral 2025

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
808

Fevralın 19-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

Bakupost.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:25-də “CoinMarketCap” platformasında 0.85% ucuzlaşaraq 95 046 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.91% azalaraq 2676 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,03%, XRP 3.98%, BNB isə 1.31% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar