Ru
20:24 / 29 Mart 2024

"Krokus" terroru necə idarə olunub? - Yeni detallar

"Krokus" terroru necə idarə olunub? - Yeni detallar
2363

Moskva vilayətində "Krokus Siti" konsert zalına hücum edən terrorçuların hərəkətləri Telegram üzərindən səsli mesajlar vasitəsilə koordinasiya edilib.

Bakupost.az mk.ru-ya istinadla xəbər verir ki, bu barədə cümə günü Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Təhlükəsizlik işçilərinin sözlərinə görə, “Krokus”da terror aktı törətməkdə təqsirləndirilən şəxslər dindirilmə zamanı hərəkətlərinin messencerdə səsli mesajlar vasitəsilə kod adlı şəxs tərəfindən əlaqələndirildiyini bildiriblər. Həmin şəxs həm hazırlıq mərhələsində, həm də silahlı hücumdan sonra koordinyasiyanı həyata keçirib.

İstintaq Komitəsindən əlavə ediblər ki, cinayəti törətdikdən sonra terrorçular koordinatorun göstərişi ilə Kiyevə getmək və onlara vəd edilən mükafatı almaq üçün avtomobili Rusiya-Ukrayna sərhədinə doğru sürüblər.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar