Ru
17:27 / 14 Mart 2025

KTMT: Azərbaycan-Ermənistan sülh müqaviləsini alqışlayırıq

KTMT: Azərbaycan-Ermənistan sülh müqaviləsini alqışlayırıq
Eye

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır.

Bakupost.az "Qazeta"ya istinadən xəbər verir ki, KTMT-dən İrəvanla Bakı arasında sazişin tezliklə imzalanacağına ümid etdiklərini bildiriblər. Təşkilat sazişin həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə yol açacağına ümid edir.

Martın 13-də Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni üzrə danışıqları başa çatdırıblar. Bunu XII Qlobal Bakı Forumunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistan sazişin razılaşdırılmamış son iki bəndi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini qəbul edib", - Bayramov qeyd edib.

Diplomatın fikrincə, növbəti mərhələdə Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən konstitusiyaya dəyişiklik etməli olacaq.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar