Ru
12:29 / 29 Avqust 2024

"Kubik" bahalaşdı - Evlərin qiyməti artacaq?

"Kubik" bahalaşdı - Evlərin qiyməti artacaq?
12370

“Digər tikinti materialları kimi mişar daşının da qiyməti artıb. Buna yük avtomaşınlarının tutumuna texniki nəzarətin gücləndirilməsi, daşınma və logistika, işçi qüvvəsi, yanacaq qiymətləri və s. kimi amillər səbəb olub. Bununla yanaşı, yay fəslində tikinti işləri sürətləndiyindən mişar daşına tələbat artır. Bu da istər-istəməz qiymətə öz təsirini göstərir”.





Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, dizelin qiymətinin artması tikinti daşının maya dəyərinə çox ciddi təsir edir. Ona görə də təkcə daş yox, qum və sementin də qiymətində bahalaşma ola bilər:

“Bu gün ölkədə ekoloji standartlara ciddi nəzarət olunur. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var. Daş karyerləri ilə bağlı ekoloji standartlara ciddi nəzarət olunması da qiymətə təsirsiz ötüşmür. Qeyd edim ki, mişar daşının qiymətində artım evlərin maya dəyərinin bahalaşmasına səbəb olacaq. Mənzil bazarında qiymətlər bir qədər də yüksələcək”.

Qeyd edək ki, yaxın vaxtlara qədər 50-52 qəpiyə satılan mişar daşı indi alıcılara 0.80-1 AZN-ə təklif olunur.

Sevinc,
BakuPost

Şərhlər
  • Ramin

    Azerbaycanda qalxma var enme yoxdur! Goresen biz ne zaman yaxsi gunler goreceyik, yas 38 omru yarilamisiq, belke yaridanda cox, ne zaman bu xalqin uzu gulecek? Ele qara gunler bu xalqami qalib?

  • Bəhram

    Tikinti materialları nə qədər bahalaçsa da Azərbaycanda, xüsusən Abşeron və Bakıda tikinti və mənzillərin (*yer pulu*na, *təsdiqlərə*, materiallar əlavə smeta xərclərinə görə) real qiyməti azı dəfə aşağıdır? Ona görə də bir sıra binalar on ildən çoxdur boş-yarımçıq qalmaqdadır? Digər dövlətlərdən tam fərqli, sonsuz gərəkli iş yerləri ev-mənzil tikintisi vüsət alıb! 1)Yarımçıq tikili, mənzil daxili çox yöndəmsiz qutuları *təmirsiz ev adlandırmaq* sovet felyetonundan da aşağıdır. 2)Tələbat bəlkə də yüksək olaraq qalır? Ancaq, icra-tikinti (2013cü ildən getdikcə aşağı düşən) naməlum-sifarişçinin sosial imkanı ilə heç də uzlaşmır? 3)Ərazilər üzrə ardıcıllığı seçilməmiş (belə getsə yarımçıq) tikililər ehtimal ki, ucqardan mərkəzə qədər əbədi olacaq? 4)Hər binaya, evə tikintidən sonra ən geci bir il təmirmi-satışmı-məskunlaşma zamanı vermək olar. Sonra Baş layihə yerli Bələdiyyə və MKİ təhvil verilməlidir! 5)Digər heç bir məhəlli, qəsəbə, rayon, kənd, şəhər nizamlaması münasib görünmür?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar