Ru
19:02 / 19 Mart 2025

Külək gücləndi, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatdı - FAKTİKİ HAVA

Külək gücləndi, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatdı - FAKTİKİ HAVA
Eye

Martın 19-u saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Gəncədə 20 m/s, Goranboy və Şahdağda 19 m/s, Naftalanda 18 m/s, Tovuzda 16 m/s, Beyləqanda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Zaqatala, İmişli, Xaltan, Göygöl, Gədəbəy, Xaçmaz, Ceyrançöl, Mingəçevir, Yevlax, Daşkəsən, Naftalan, Sabirabad,Tərtər, Xınalıq, Goranboy, Qəbələ, Oğuz və Şəkidə fasilələrlə yağış yağır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar