Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən, marrtın 19-dan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi martın 22-si səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində küləyin 18-23 m/s, arabir 25-28 m/s-ə qədər güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.