Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.
Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az- a verilən məlumata görə, qərb rayonlarından başlayarq yağıntılar tədricən kəsilib.
Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.