Ru
23:57 / 06 Dekabr 2024

Kürd terrorçuları Suriyada bu şəhəri ələ keçirdi

Kürd terrorçuları Suriyada bu şəhəri ələ keçirdi
1554

Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasına daxil olan kürd silahlı birləşmələri Deyr əz-Zor əyalətinin qərb hissəsini və hökumət qoşunlarının nəzarəti altında olan İraqla həmsərhəd rayonları işğal edib.

Bakupost.az xəbər verir ki, bu barədə SDQ komandanlığının Rudaw telekanalının Ərbildən yayımladığı bəyanatında deyilir.

Belə bir qərarın Suriya əsgərləri və onlara dəstək verən Milli Müdafiə Qüvvələrinin (MMN) Deyr əz-Zor, Mayadin şəhərlərini və nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi İraqla sərhəddəki Bu-Kemalı tərk etməsindən sonra verildiyi bildirilir.

Suriya hərbçiləri və MMN silahlıları “Cəbhət ən-Nusra” ekstremist qruplaşması və Suriya silahlı müxalifətinin Türkiyəyönümlü qruplarının hücumuna məruz qalan Palmiraya köçüb.

Bundan əvvəl PKK-nın Suriya qanadının lideri Mazlum Abdi Fırat agentliyinə verdiyi açıqlamada Suriya səhrasının bir sıra ərazilərində “İslam Dövləti” terror qruplaşmasının yaraqlılarının fəallaşmasına diqqət çəkib.

Bundan əlavə, kürd döyüşçülər hazırda Suriyanın şimalında yerləşən Hələb əyalətinin mərkəzinə yaxın bir sıra ərazilərdə özlərini müdafiə edirlər. Abdinin sözlərinə görə, hazırda Hələbin mühasirədə olan kürd məhəllələrindən 250 min insanın təxliyəsi üçün danışıqlar aparılır.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar