Ru
14:57 / 03 Mart 2025

Kürdə batan şəxsin axtarışları davam edir - Video

Kürdə batan şəxsin axtarışları davam edir - Video
Eye

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Bakupost.az xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Xatırladaq ki, İsmayıl Şubliyev ilə birgə həmin ərazidə batan 1999-cu il təvəllüdlü Müşviq İsmayılovun meyiti fevralın 23-də sudan çıxarılıb.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar