Ru
16:05 / 21 Sentyabr 2024

Kürdəmirdə ağır qəzada xəsarət alanların sayı 7-yə çatdı - YENİLƏNİB

964
Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb.

Bakupost az "Report"a istinadən xəbər verir ki, xəsarət alan şəxslər aşağıdakılardır:

- 1957-ci il təvəllüdlü Hüseynova Həqiqət Abdulhəmid qızı,

- 2004-cü il təvəllüdlü Məmmədova Zərifə Zahid qızı,

- 1980-cı il təvəllüdlü Bəşirov Ramal Vaqif oğlu,

- 1991-cu il təvəllüdlü Hüseynov Vasif Hüseyn oğlu,

- 1978-ci il təvəllüdlü Məmmədova Ziyafət Zəkəriyyə qızı,

- 1999-cu il təvəllüdlü Rəfiyev Sübhan Şahin oğlu,

- 1952-ci il təvəllüdlü Allahverdiyev Teyyub Nurəddin oğludur.

15.18

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Bakupost az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı avtomobillə çırpılıb.

Nəticədə hər iki avtomobildə olan sərnişinlər və VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar