Ru
17:05 / 27 İyul 2024

Kürdəmirdə faciə: Avtovağzal müdiri öldü

3419
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az "Report" istinadla xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar