Ru
19:47 / 20 Noyabr 2024

Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı

Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı
Eye

Kürdəmirdə yol qəzasında beş nəfər xəsarət alıb.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza zamanı 5 nəfər - Göyçay sakinləri, 17 yaşlı Şəfa Bəkirov, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakini Nəzakət Məmmədova və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı
Kürdəmirdə mikroavtobus aşdı, 5 nəfər xəsarət aldı
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar