Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:35 / 16 Avqust 2024

Kursk əməliyyatı: dünya və Cənubi Qafqaz üçün gözləntilər

10067
Mürtəza Bünyadlı
Jurlanist


Ukrayna ordusunun avqustun 6-dan etibarən Rusiyanın Kursk vilayətinə gözlənilməz hücumu və indiyədək ələ keçirdiyi Rusiya ərazilərini nəzarətdə saxlaması beynəlxalq aləmin diqqətini yenidən Moskva-Kiyev münaqişəsinə yönəldib.
Ukrayna ordusu zəbt etdiyi Rusiya ərazilərini uzun müddət nəzarətində saxlaya biləcək, ya yox, bu başqa məsələdir, amma əldə edilən bu uğur nəinki Kiyev və Moskvada, qlobal beynəlxaq proseslərə öz ciddi təsirini göstərib və göstərməkdədir.

Ukrayna ordusunun əldə etdiyi bu uğurun nəticələrinə gəldikdə isə bunlaır qeyd etmək olar:



Ukrayna üçün nəticələri;

- Əks-hücum əmliyyatlarında uğur əldə edilmədikdən sonra Ukrayna cəmiyyətində döyüş ruhu ölməyə başlamışdı və apatik bir durum yaranmışdı. Kursk əməliyyatı ölən döyüş ruhunu yenidən bərpa etməyə və qələbə ümid yaratmağa xidmət edir.

- Bu, ordunun formalaşdırılmasında mobilizasiya prosesinin sürətlənməsinə, insanların orduya cəlb olunmasına müsbət təsir göstərəcək.

- Uğursuz əks-hücum əməliyyatlarından sonr Zelenski hakimiyyətinin də reytinqi təkcə Ukryana cəmiyyətində deyil. eyni zamanda beynəlxalq miqyasda kəskin şəkildə aşağı enmişdi. Bu əməliyyat eyni zamanda Zelenski hakimiyyətinin reytiniqini bərpa etməyə xidmət edir. Əgər payızadək cəbhə xəttində hər hansı uğur əldə edilməsəydi, Ukraynada siyasi böhran getdikcə sürətlənəcəkdi. ABŞ-da seçkilərdə Tramp qalib gələrsə, bu böhran qaçılmaz olacaqdı. Hansı ki, Moskva da bu böhranı səbrsizliklə gözləyirdi və bundan öz məqsədləri üçün faydalanıb, istəyinə nail olmağı planlaşdırırdı.

- Kiyev Qərbə göstərdi ki, silah və maliyyə dəstəyi olarsa, cəbhədə nəinki dönüş yaratmaq mümükündür, hətta prosesləri Rusiya ərazisinə keçirməyə qadirdir.

- Ukrayna ordusu zəbt etdiyi Rusiya ərazilərini uzun müddət nəzarətində saxlaya bilərsə, bu, danışıqlarda Kiyevin əlini gücləndirməyə xidmət edəcək. Bu yolla Kiyev danışıqlar masasında Moskvanı hansısa güzəştlərə vadar etməyi düşünür.
- Kursk əməliyyatı Ukrayanın beynəlxalq aləmdəki gücünün və nüfuzunun artmasında da müstəsna rol oynadı.




Rusiyaya təsiri;

- Təbii ki, Kursk əməliyyatı Moskvanın son dövrlərdə Kiyev üzərində əldə etdiyi üstünlükləri itirməsi ilə yanaşı, beynəlxalq aləmdəki imicinə çox mənfi təsir göstərdi. Bu, həm də rus ordusunun acizliyini və ciddi problemlərin, vahid komandanlıqda parçalanmanın və hətta torpaq itkisi hesabına mövqe uğrunda savaşın olduğunu ortaya qoydu.

Digər tərəfdən, Kursk əməliyyatı Rusiya cəmiyyətində ciddi psixoloji travmalarla yanaşı, narazılığa və parçalanmaya yol açan amil oldu. İnsanlar savaşa getməkdən yayınacaq. Bunun fəsadları Rusiya cəmiyyətində bir müddətdən sonra üzə çıxacaq.

ABŞ-də seçkilər;

- Kursk əməliyyati eyni zamanda ABŞ-dəki seçkilər baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki Ukrayna ordusunun uğursuz əks-hücum əməliyyatından sonra ABŞ-də belə Kiyevin qələbəsinə ümid azalmışdı. Bu da prezident seçkiləri öncəsi təbliğat kampaniyasında özünü açıq şəkildə biruzə verirdi. Seçkilərdə Respublikaçıların təmsilçiləri, eləcə də Donald Tramp Ukraynadakı müharibəyə görə Demokratları hədəf seçir, onları tənqid edirdi. Lakin Kursk əməliyyatı seçki ərəfəsində Demokratların xeyrinə işlədi və onların reytinqinin artımasına səbəb oldu.

Digər tərəfdən isə seçkidə Tramp qalib gəlsə belə, Ağ Evin bu məsələdə yürütdüyü siyasətin dönməzliyini təmin etməyə xidmət edir.

Avropa

- Ukrayna ordusunun bu əməliyyatı Avropa ölkələrinin Kiyevə daha həvəsli şəkildə dəstək verməsinə səbəb olacaq. Çünki Avropa ölkələrində də əks-hücum əməliyyatlarının istənilən nəticəni verməməsindən sonra qələbəyə inam itmişdi. Amma bu əməliyyat onlarda qələbəyə inam hissini oyatmağa xidmət edir.

Kursk əməliyyatının Cənubi Qafqaza təsiri;

- Kursk əməliyyatı Cənubi Qafqazdakı geosiyasi proseslərə də öz təsirini göstərəcək. Qərb Rusiyanın diqqətini Ukrayna cəbhəsinə yönəltməklə gücünü zəiflətməyə və Cənubi Qafqazda mövqeyini möhkəmlətməyə çalışacaq.

Son vaxtlar Qərbin Ermənistanda mövqelərinin möhkəmlətməyə çalışdığı bir zamanda əsas dayağı olan Gürcüstanda isə mövqelərini sürətlə itirməkdədir. Odur ki, Qərb yaranmış vəziyyətdən istifadə edib Rusiyanı bacardığı qədər Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışacaq. Tam çıxara bilməsə belə, onun təsirlərini minimuma endirməyi qarşıya hədəf qoyub. Qərb Moskvanın Ermənistandakı hərbi varlığının böyük bir hissəsinin çıxarılmasına nail olmaq üçün Ukrayna ordusuna Rusiya daxilindəki hərbi əməliyyatının genişlənməsinə ciddi dəstək verə bilər. Artıq bu prosesin təzahürləri görünməkdədir. Moskva istəməsə də belə, hərbi resursunun çatışmazlığı səbəbindən ən azından Ermənistandakı hərbi qüvvələrinin bir hissəsini bölgədən çıxarıb Ukrayna cəbhəsinə yollamaq məcburiyyəti qarşısında qala bilər.




İran və Yaxın Şərqdəki hadisələrə təsiri;

- Kursk əməliyyatının gözlənilən İran-İsrail qarşıdurmasına birbaşa təsiri var. Bu əməliyyat Moskvanın Tehranla birgə cəbhədən çıxış etməsini əngəlləməyə xidmət edir. Çünki Moskva beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındırmaq üçün Yaxın Şərq böhranında maraqlı idi. Bu məqsədlə də İrana və onun proksi güclərinə dəstək verməyə hazır idi. Ona görə də Moskva HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Tehranın Rusiyadan hava hücumundan müdafiə sisteminin daha etibarlı şəkildə qurulması üçün müraciətinə çevik reaksiya verib bu məsələdə İrana lazımi dəstək verdi. Rusiyanın İrana nəinki yüksək səviyyəli radar sistemləri, hətta "İsgəndər" raketi, hava hücumundan müdafiə üçün digər sistemlərlə yanaşı, S-400 raketlərini verməsi barədə mediada məlumat yayıldı və bu xəbərlər də öz növbəsində təkzib edilmədi. Hətta Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfər edib İranın əks-hücum əməliyyat planlarını birgə müzakirə ediblər. Bu barədə məlumat rəsmi açıqlamalarda belə yer alıb.
Kursk əməliyyatının da Şoyqunun Tehrana səfərindən həmən sonra başlaması heç də təsadüfi xarakter daşımır və burada bir bağlılıq var. Odur ki, Kursk əməliyyatı həm də Rusiyanı Yaxın Şərqdə ehtimal olunan müharibədən, İsrail-İran qarşıdurmasından və nəticə etibarı ilə İranın Yaxın Şərqdən və proksi güclərinin sıradan çıxarılması prosesində Tehrana dəstək verməkdən çəkindirmək məqsədi daşıyır.

Son olaraq onu qeyd etmək olar ki, Kursk əməliyyatı təkcə Kiyevə Rusiya-Ukrayna cəbhəsindəki mövcud status-kvonu dəyişməyə deyil, bütövlükdə çoxkombinasiyalı geosiyasi maraqlara xidmət edir desək, daha doğru olar.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar