Ru
21:21 / 16 Aprel 2025

Kurskda zavodda dəhşətli yanğın

Kurskda zavodda dəhşətli yanğın
Eye

Kurskda "APZ-20" zavodunda baş verən yanğının sahəsi 17 min kvadratmetrə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

"Konstruksiyalar qismən dağılıb. Xilasetmə qrupu 100 işçi və 30 ədəd texnikaya qədər artırılıb", - məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda yanğın lokallaşdırılıb.

Zavodda baş verən yanğınla bağlı SHOT Telegram kanalı məlumat yayıb. Bildirib ki, şəhərin müxtəlif yerlərindən qatı qara tüstü görünüb. Hadisə şahidlərinin dediyinə görə, yanğın təkər sexinin sahibinə kirayəyə verilən binada baş verib.

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib ki, bina tamamilə yanıb. Lakin yanğının yaşayış binalarına keçməsi təhlükəsi yoxdur. Xinşteyn qeyd edib ki, yanğın ilkin olaraq rezin məmulatları istehsal edən sexdə başlayıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar